Nazir ölkədə internetin vəziyyətindən danışdı 

15:39 04.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün ölkədə əsas problemlərdən biri internetin dayanıqlı və davamlı olmamasıdır.

Hafta.az xəbər verir ki, bunu "Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri" adlı konfransda çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O bildirib ki, bununla bağlı müxtəlif regionlardan şikayətlər daxil olur:

"Hazırda ölkəmizdə İT infrastrukturu iqtisadi potensialımızı tam şəkildə realizə etməyə imkan vermir. Bununla bağlı cənab Prezindetin tapşırığı var. 2024-cü ilin sonuna qədər respublikada genişzolaqlı internetlə təmin edilməmiş şəhər qalmayacaq".